AMEA Aşqarlar Kimyası İnstitutunun alimləri sürtkü yağlarının triboloji xassələrini kəskin yaxşılaşdıran aşqarlar sintez ediblər

495

Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunun (AKİ) baş direktoru akademik Vaqif Fərzəliyev, icraçı direktoru k.e.d., dosent Əfsun Sucayev, aparıcı elmi işçi k.ü.f.d. Xuraman Əfəndiyeva və digər əməkdaşların birgə müəllifliyi ilə  dünyada məşhur olan “Web of Science” beynəlxalq elmi bazasına daxil olan “Springer” nəşriyatı sayılan  “Afrika Kimya” (Chemistry Africa) adlı nüfuzlu xarici jurnalda növbəti məqalə dərc edilib (https://link.springer.com/article/10.1007/s42250-022-00331-6).

İnstitutdan bildirilib ki, məqalə 2-asiloksi-1,3-dikloropropan və 2-butoksimetoksi-1,3-dibromopropanın qələvi metal ksantatları ilə qarşılıqlı təsiri nəticəsində molekulunda efir və mürəkkəb efir qrupları olan bisalkilksantatların sintezi və triboloji xassələrinin müfəssəl tədqiqinə həsr olunmuşdur. Alınan birləşmələrin səmərəliliyi ilə onların tərkibi və quruluşu arasında əlaqə aşkar edilmişdir. Müəyyən edilmişdir ki, bisalkilksanthatların tərkibində olan S-alkil radikallarına efir və efir qrupunun daxil edilməsi sürtkü materiallarının triboloji effektivliyini kəskin artırır.

PAYLAŞ