BDU-nun IV kurs tələbələri AMEA Aşqarlar Kimyası İnstitutunda təcrübə keçirlər

1455

Bakı Dövlət Universitetinin kimya ixtisası üzrə təhsil alan IV kurs tələbələri AMEA-nın akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda təcrübə keçməyə başlayıblar. Ölkəmizin flaqman ali məktəbinin 36 nəfərdən ibarət tələbə heyəti ayrı-ayrı qrup şəklində üç aylıq təcrübə müddətində İnstitutun müasir kimyəvi avadanlıqlarla təchiz olunmuş laboratoriyalarının hər birində istifadə olunan cihaz və avadanlıqların iş pinsipləri ilə, müasir fiziki-kimyəvi analiz üsulları ilə yaxından tanış olacaq, bəzi təcrübələri yaxından izləyəcəklər, zərif üzvi sintez və aşqarlar kimyası sahəsində İnstitut əməkdaşları tərəfindən aktuallıq kəsb edən prioritet istiqamətlər üzrə yerinə yetirilən və əldə edilən elmi tədqiqatın mühüm nəticələri ilə bağlı seminar məruzələrini də dinləyəcəklər.

Tələbələrin tədris-istehsalat təcrübəsi mayın 20-də başa çatacaq.

PAYLAŞ