BDU-nun IV kurs tələbələri AMEA Aşqarlar Kimyası İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

1257

Bakı Dövlət Universitetinin (BDU) “Kimya” ixtisası üzrə IV kursda təhsil alan bir qrup tələbəsi AMEA-nın akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda istehsalat təcrübəsinə başlayıb.

Universitetin tələbələri ayrı-ayrı qrup şəklində üç aylıq təcrübə müddətində institutun laboratoriyalarında cihaz və avadanlıqların iş prinsipləri, müasir fiziki-kimyəvi analiz üsulları ilə yaxından tanış olacaq, bəzi təcrübələri yaxından izləyəcəklər. Tələbələr, eyni zamanda zərif üzvi sintez və aşqarlar kimyası sahəsində institut əməkdaşları tərəfindən prioritet istiqamətlər üzrə yerinə yetirilən və əldə olunan elmi tədqiqatın mühüm nəticələri ilə bağlı seminar məruzələrini dinləyəcəklər.

BDU-nun 27 tələbəsindən ibarət birinci qrup martın 13-dək institutun laboratoriyalarında istehsalat təcrübəsi keçəcək.

PAYLAŞ