Kakos yağının koronavirus müalicəsində effektivliyi sübut edildi

1134

Kakos yağı koronavirus müalicəsi alan xəstənin bədəninə effektiv dərəcədə müsbət təsir göstərir.

Publika.az xəbər verir ki, bu barədə “International Business Times” Filippin Səhiyyə İşləri üzrə Tədqiqat və İnkişaf Şurasının alimlərinin araşdırmasına istinadən məlumat yayıb.

Tədqiqatçıların fikrincə, virusu birbaşa öldürməklə yanaşı, kakos yağı da immun sistemini aktivləşdirməkdə iştirak edir. O, öz növbəsində koronavirusun təhrik etdiyi infeksiya ilə mübarizə aparır. Bundan əlavə, kakos yağı bütövlükdə bədəndəki hüceyrələrin sağ qalmasına müsbət təsir göstərir, lakin araşdırmada qeyd edildiyi kimi, bu günə qədər bütün bunlar yalnız xəstəliyi ağır olmayan xəstələrdə test edilib. Hazırda növbəti araşdırmaların ağır xəstələr üzərində aparıldığı bildirilir.

PAYLAŞ