Süni ilan zəhəri hazırlanıb

1506

Tədqiqatçılar ilk dəfə laboratoriya şəraitində ilan zəhəri toksinləri hazırlayıblar.

naukatv.ru saytı xəbər verir ki, tibb üçün əvəzolunmaz hesab edilən bu yeni istehsal üsulu ilanların yetişdirilməsini tələb etmir. Zəhər toksinləri insan orqanlarının yaranmasına uyğunlaşdırılmış texnologiya sayəsində əldə edilən mini vəzlərdən hazırlanır.

Belə ki, tədqiqatçılar insan orqanlarının süni şəkildə yetişdirilməsi prosesini bir qədər dəyişərək, kiçik ilan vəzlərinin böyüməsini dəstəkləyən optimal rejim müəyyən ediblər. Daha sonra toxumalar ilan embrionlarından çıxarılaraq qidalandırıcı maddələrlə zəngin xüsusi gelə yerləşdirilib. Bu zaman hüceyrələr sürətlə bölünüb və bir neçə ay ərzində zəhər toksinlərinin toplandığı kiçik damlalar yaradıb.

Alimlər Cənubi Afrika flap kobrası və yeddi digər ilan növünün vəzlərini yarada biliblər. Onların fikrincə, yeni yanaşma zəhər hazırlanmasında mövcud üsullar arasında uzun zaman gözlənilən elmi yenilikdir.

PAYLAŞ