Doktorant Portuqaliyanın Lissabon Universitetində elmi tədqiqatlarını davam etdirir

162

AMEA akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun doktorantı İbadulla Mahmudov Portuqaliya Lissabon Universitetində elmi tədqiqatlarını davam etdirir. İnstitutdan verilən məlumata görə doktorant  Lissabon Universitetinin elmi işçisi, kimya elmləri doktoru Kamran Mahmudovun rəhbərliyi altında dissertasiya mövzusuna uyğun olaraq zərif üzvi sintez üsulları yeni üzvi birləşmələr və onların müxtəlif metal komplekslərinin sintezi və tədqiqi ilə bağlı araşdırmalarını davam etdirir.  İlk mərhələdə aldığı yeni maddələrin müasir fiziki-kimyəvi analiz cihazları ilə struktur təhlillərini yerinə yetirmiş, həmin cihazlarda işlənmə prinsipləri ilə bağlı əlavə təcrübi biliklər qazanmışdır. Hazırda növbəti mərhələ üçün metal komplekslərin alınması istiqamətində araşdırmalarını davam etdirir.

Məlumat üçün bildirək ki, İbadulla Mahmudovun elmi rəhbərləri kimya elmləri doktoru Əfsun Sucayev və kimya üzrə fəlsəfə doktoru Yusif Abdullayevlə birlikdə ilk məqaləsi yüksək impakt faktorlu nüfuzlu xarici jurnalda dərc olunmuşdur.

PAYLAŞ