Gənc alim və mütəxəssislərin II beynəlxalq elmi konfransı keçirildi

212

3-6 mart 2020-ci il tarixlərində AMEA-nın Əsas binasında Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkilatçılığı ilə “Fundamental və tətbiqi elmlərin müasir problemlərinin həllində multidissiplinar yanaşmalar” mövzusunda II beynəlxalq elmi konfransı keçirilmişdir.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Elm Fondunun maliyyə dəstəyi ilə baş tutan tədbir AMEA-nın 75 illiyinə həsr olunub.

Beynəlxalq konfransda AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, akademiyanın elmi müəssisə və təşkilatlarının direktorları, həmçinin 12 ölkədən 300-dən çox gənc alim iştirak edib.

Konfrans çərçivəsində “İntellektual sistemlər və texnologiyalar, “Molekulyar biotexnologiya və gen mühəndisliyi”, “Yer elmlərinin nəzəri və tətbiqi problemləri”, “Nanotexnologiya və materialşünaslıq”, “Tətbiqi kimyanın müasir problemləri”, “Xəzər dənizinin çoxşaxəli elmi və nəzəri problemləri”, “Bugünkü sosial və humanitar problemlər” və “Elmdə ilk addımlar (istedadlı şagirdlər üçün xüsusi bölmə)” istiqamətləri üzrə çıxış və təqdimatlar təşkil olunmuşdur.

AMEA Aşqarlar Kimyası İnstitutunun 3 əməkdaşı  –  kiçik elmi işçilər Könül Qəhrəmanova və Günay İsmayılova, böyük laborant  Aygün Alməmmədova  bu tədbirdə  uğurla çıxış edərək  sertifikatla  təltif  olunmuşlar.

www.science.gov.az

PAYLAŞ