AMEA Aşqarlar Kimyası İnstitutunda xüsusi elmi nailiyyətləri ilə fərqlənən 35 yaşa qədər gənc alimlərin əmək haqqına əlavələr veriləcək

1388

Azərbaycan Milli Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunda xüsusi elmi nailiyyətləri ilə fərqlənən gənc alimlərin əmək haqqına əlavələr ediləcək. Bu AMEA Prezidentinin “AMEA-nın xüsusi elmi nailiyyətləri ilə fərqlənən gənc alimlərinin əmək haqqına əlavələrin müəyyən edilməsi haqqında” 6 fevral 2020-ci il tarixli sərəncamına uyğun yerinə yetiriləcək.

Sözügedən sərəncam AMEA-da istedadlı gənc alimləri daha yüksək səviyyəli elmi tədqiqatlar aparmağa həvəsləndirmək, onların elmi fəaliyyətini lazımi səviyyədə stimullaşdırmaq məqsədi daşıyır. Bununla da xüsusi elmi nailiyyətləri ilə fərqlənən və yaşı 35-dən çox olmayan gənc alim və tədqiqatçıların əmək haqqına büdcədənkənar vəsaitlər hesabına əlavə müəyyən ediləcək. Eyni zamanda gənc alim və tədqiqatçılarla bağlanan əmək müqaviləsinin 4.7-ci bəndinə işəgötürənlə işçi arasında əmək haqqına büdcədənkənar vəsaitlər hesabına əlavənin müəyyən edilməsi ilə bağlı şərtlər daxil olunacaq.

 

PAYLAŞ