ABŞ kosmosda faydalı qazıntılar çıxarmaq istəyir

0
21

Təəssüf ki, planetimizdə faydalı ehtiyatların miqdarı məhduddur və gec-tez onlar tükənəcək. Artıq indi onlardan bəzilərini çıxarmaq, demək olar ki, 150-200 il bundan əvvəlkindən daha çətindir.  Onda niyə  kosmosa nəzər salmayaq?

Bu  yaxınlarda, ABŞ Geoloji  Xidmətinin  (USGS) Ayda, Yer ətrafı  orbitdə və yaxın kosmosda faydalı ehtiyatların olma ehtimalını qiymətləndirməyə başladığı məlum olmuşdur. Kolorado  Mədən İşləri Məktəbinin Kosmik Ehtiyatları Mərkəzinın direktoru Encel Abbud-Madridin bildirdiyi kimi, “Kosmik ehtiyatların çıxarılması, USGS-ın  Ay, Mars və hətta planetlərdəki minerallar, metallar və digər resursların yeri və dəyəri haqqında məlumatlarına əsaslanaraq böyük fayda gətirəcəkdir. Bizim planetin ətrafında bir çox asteroid var və onların hər birində qiymətli materiallar ola bilər. Resursların çıxarılması gələcək kosmik missiyalarının həyata keçirilməsinə və Yerin ekologiyasını yaxşılaşdırmağa kömək edəcəkdir”.

Hazırda USGS bu cür iddialı planları həyata keçirmək üçün lazımi maliyyə vəsaitinə malik deyil, lakin kosmik cisimlərin ehtiyatlarının çıxarılması üçün  uyğunluğunu qiymətləndirmək məqsədilə  bir proqram hazırlanmışdır.

“Alınan məlumatlar  mineralların çıxarılması və onların Yerə çatdırılması üçün modellərin hazırlanmasında istifadə edilə bilər. Bu, sənayenin inkişafı üçün əsas olacaq və kosmosun dərinliklərindən çıxarılan materialları daha effektiv şəkildə istifadə etməyə kömək edəcəkdir.”

SHARE