Adlarımızın gizli tərəfləri

1530

Adlarda nələrin gizləndiyindən xəbəriniz varmı?

Alimlər deyirlər ki, çox vaxt insanın xarakteri, hətta taleyi də adlardan asılı olur…

Ad -zəifliyimizin və gücümüzün gizli xəzinəsidir…
Adların hecaları – hesab olunur ki, adda nə qədər heca varsa, insanın həyat proqramı da bir o qədər başlıca hissələrdən ibarətdir.
Bir hecalı ad – insanın bütün həyatı yeganə bir hədəfə aparır. Təəssüf ki, bizdə belə adlar yoxdu.
Iki hecalı ad- belə adı olanlar, o zaman özlərinə inamlı olurlar ki, yanlarında onlara dayaq və mayak olan kimsə var.
Üç hecalı ad- belə adı olan kişilər güclü, şəraitə tez uyğunlaşan, “sudan quru çıxan”, öz imiclərini qoruyan olurlar.
Milli.Az psixologiya.net-ə istinadən bildirir ki, qadınlar isə, başqalarını idarə edir, özlərinin haqlı olduqlarına inanırlar. Belələri başqalarının taleyinə qarışmamalı, onları dəyişməyə can atmamalıdırlar. Həlledici seçim etmək lazım gəldikdə, onları həmişə kritik vəziyyət cəlb edir.
Dörd hecalı ad – belə adı olanların həyatında çox şey vərdişlərdən, mənimsənilmiş qaydalardan asılı olur. Yaxınları onların həyatında mühüm rol oynayır.
Adlardakı hərflərin sayı cütdürsə, deməli kiməsə ümid etməməli, həyatda hər şeyə özü nail olmalıdır. Təkdirsə, o həmişə kimlərəsə maraqlı və cəlbedicidir.

Adın ilk hərfi xarakter və temperamentdən xəbər verir.
Adın ilk hecasında – “A” hərfi olanlar, şəksiz liderdirlər. Əllərindən çox şey gəlir və başlarının üstündə kiminsə olmasını sevmirlər.
“İ” hərfi olanlar, başqalarını anlamaq qabiliyyətinə malikdirlər. İstədiklərini əldə edə bilirlər.
“O” hərfi olanlar, özünü fəda etmək qabiliyyətinə malik, sadiq insanlardır.
“U” hərfi olanlar, istedadlı amma qətiyyətsizdirlər. Təkbaşına ötüşə bilmirlər, qrup içində özlərini yaxşı hiss edirlər.

Hərflərin enerjisi .
A – intellektual, qabiliyyət, icraçılıq, zəhmətkeşlik.
B – incəlik, yardıma hazır olmaq.
V – dərrakəli, məqsədə meylli.
Q – analitik qabiliyyət, inandırma qabiliyyəti, siyasətçilik.
Ğ – mülayimliklə rasionallığın vəhdəti.
D – xeyirxahlıq.
E – fanatizm.
Ə – hədəfə meyl, açıqürəklilik.
J – bədii zövq, diribaşlıq
Z – natiqlik, mətanət, israrlılıq.
İ – rasional, artistizm.
I – ağır oturub batman gələn, gec inanan.
(Bəzi adlar olur I hərfi ilə başlayan məs:Irmaq,Iraz kimi)
Y – müəllimliyə meyl, özünə inamsızlıq, vasvasılıq
K – inandırmaq gücü, ədalətlilik, qapalılıq.
G – güzəştə meyllilik, sərbəstlik.
L – rahatlığa hədsiz meylilik.
M – səfərbərlik, məcaraçılıq.
N – qapalılıq.
O – prinsipiallıq və mühafizəkarlıq.
Ö – öz yolu və qətiyyətli olan.
P – məqsədyönlülük və həyatsevərlik.
S – emosionallıq.
T – ixtiraçılıq, dəyişkənlik.
U – istedadlılıq, mühafizəkarlıq.
F – intuitivlik, təşkilatçılığa meyllik.

Milli.Az
https://news.milli.az/interest/581255.html

PAYLAŞ