Alimlər koronavirusun sürətli diaqnostikası sistemini sınaqdan keçirirlər

386

Böyük Britaniyanın Lester Universitetinin tədqiqatçıları daxilinə xüsusi zolaq yerləşdirilmiş maskanın sınağını keçirirlər. Bu zolaq insanın nəfəsindən bakteriya və ya virus infeksiyalarının izləri olan damcıları özünə çəkir.

Hazırda koronavirusun insanda olub-olmamasını aşkara çıxarmaq üçün 48 saata qədər vaxt tələb olunur. Test-zolaqlı maskalar isə daha sürətli diaqnoz qoymağa imkan verir.

meddaily.ru saytının məlumatına görə, hələlik koronavirusa yoluxmuş real pasiyentlər üzərində sınaqlar aparılmayıb. Lakin bu maskaların vərəmi 90% dəqiqliklə aşkar etmək imkanına malik olduğu artıq məlumdur. Koronavirus vərəm kimi ciyərlərə təsir etdiyinə görə alimlər bu sistemin işləyəcəyinə əmindirlər.

PAYLAŞ