Alimlər yağış suyundan enerji kimi istifadə olunması üsulunu tapıblar

377

Adi yağış suyu tükənməz elektrik enerjisi mənbəyinə çevrilə bilər. Tədqiqatçılar iddia edir ki, yüz ədəd kiçik işıq diodu lampası yandırmaq üçün cəmi bir damcı yağış suyu kifayətdir.

poisknews.ru saytı xəbər verir ki, qurğunun yaradılması zamanı alüminium elektrodları və indium-qalay oksidli elektrodlar, həmçinin politetraftoretilendən nazik təbəqə istifadə olunub.

Alimlərin sözlərinə görə, 100 mikrolitr sudan ibarət damcı 15 santimetr hündürlükdən düşdükdə 140V-dan yuxarı gərginlik yarada bilər. Komanda aşkar edib ki, su damcıları səthə düşərək yayıldıqda iki elektrodu birləşdirən “körpü” rolunu oynayır.

Bu yanaşma yağış suyunun bərk səth üzərinə düşdüyü bütün yerlərdə tətbiq edilə bilər. Tədqiqatçılar bildirir ki, prototipin texnologiyada tətbiqi üçün təxminən beş il vaxt tələb olunur.

PAYLAŞ