Almaniyada hidrogen yanacağı ilə işləyən ilk qatar istifadəyə verilidi

0
53

Bu yaxınlarda Almaniyada hidrogen yanacağı ilə  işləyən ilk Corradia-iLint qatarı istifadəyə verilib.

Coradia-iLint Fransanın Alstom şirkətinin bir qrup mütəxəssisi tərəfindən hazırlanmış və ilk dəfə  2016-ci ildə Berlində InnoTrans sərgisində təqdim edilib. Hal-hazırda Kukshaven,  Bremerhafen, Bremervferd və Bukstehud arasında  300 sərnişin  daşıyan 2 belə qatar hərəkət edir. Yanacaq  elementləri hidrogen və oksigenin reaksiyası  nəticəsində elektrik enerji  hasil edir.  Alınmış enerji  litium-ion akkumulyator batareyalarını təmin edir və bu enerji  təxminən 1000 kilometr üçün kifayət edir. Qatar saatda 140 km-qədər sürətləndirilə bilər.

2021-ci ilin sonuna qədər Almaniyanın dəmir yollarında hidrogen yanacağı ilə işləyən  14-dən çox belə qatar hərəkət edəcək.  Ətraf mühit üçün üstünlükləri  ilə yanaşı iqtisadi baxımdan belə qatarlar bahalı ola bilər, lakin Alstom şirkətinin  meneceri  Stefan Şrank bunu belə izah edir: “Qatarlarımızın yeganə mənfi cəhəti  onların qiyməti  və yanacaqdoldurma məntəqələrinin saxlanılması xərcləridır.  Perspektivdə bu qatarların dəyəri  dizel yanacağına yaxın olacaq. “

SHARE