AMEA Aşqarlar Kimyası İnstitutunun Molekulyar Biologiya və Biotexnologiyalar İnstitu ilə birgə elmi rəhbərliyi ilə elmi tədqiqat aparan magsitrantın dissertasiya işinin onlayn müdafiəsi olub

103

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda (MBBİ) II kurs magistrantlarının dissertasiya işlərinin onlayn müdafiəsi keçirilib.

AMEA-nın vitse-prezidenti, MBBİ-nin direktoru, akademik İradə Hüseynova, AMEA-nın akademik-katibi, akademiyanın müxbir üzvü, professor Əminağa Sadıqov, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisi, iqtisad üzrə fəlsəfə doktoru Fail Kazımov və digər qonaqların iştirakı ilə keçirilən müdafiədə MBBİ-nin molekulyar biologiya ixtisasının Azərbaycan bölməsi üzrə 3, rus bölməsi üzrə 1, biokimya ixtisası üzrə 2, biotexnologiya ixtisası üzrə 1 və Botanika İnstitutunun bitki fiziologiyası ixtisası üzrə 1 magistrant dissertasiya işini müzakirəyə təqdim edib. Hər dissertasiya mövzusu ilə bağlı geniş müzakirə aparılıb. Qiymətləndirmənin nəticələrinə əsasən magistrantlara müvafiq dərəcənin verilməsi haqqında qərar qəbul edilib.

Məlumat üçün bildirək ki, MBBİ-nin “Biokimya” ixtisası üzrə II kurs magistrantı Nuranə Qurbanova “Bəzi sintetik antioksidant birləşmələrin virus patologiyaları zamanı antivirus fəallıqlarının tədqiqi” mövzusunda magistr dissertasiya işinin zərif üzvi sintezlə bağlı hissəsini AMEA Aşqarlar Kimyası İnstitutunun “Aşqarların sintezi və təsir mexanizminin nəzəri əsasları” laboratoriyasında yerinə yetirmişdir. Onun elmi rəhbərləri AMEA Aşqarlar Kimyası İnstitutundan elmi işlər üzrə direktor müavini, kimya üzrə elmlər doktoru, dosent Əfsun Sucayev və Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutundan biologiya üzrə fəlsəfə doktoru Durna Əliyevə olmuşdur.

Müdafiə Şurası N.Qurbanovanın magistrlik işini 98 balla qiymətləndirərək, fərqlənmə diplomuna tövsiyə edib.

 

PAYLAŞ