Çin bulud istehsal edən zavodlar tikəcək

0
113

Quraqlığa qalib gəlmək üçün Çin rəhbərliyi göyə süni bulud buraxmağı planlaşdırır. Bulud istehsal edən zavodları Tibetdə tikmək nəzərdə tutulub.

Bu böyük layihənin müəllifləri Çinin Xuanxe, Yantzı və Mekonq kimi ən böyük çaylarının mənbələrini su ilə təmin etmək istəyirlər. Yəqin ki, buludlar əkin sahələrinə birbaşa yağış gətirə biləcək. İlkin qiymətləndirmələrə görə yağışla İspaniya ərazisindən üç dəfə böyük bir sahəni (1.6 milyon kv.m) təmin etmək mümkün olacaq.

Buludları bərk yanacağın zavod sobalarında yanması nəticəsində əmələ gələn gümüş yodid vasitəsilə almaq planlaşdırılır. İsti hava ilə göyə yüksələn  gümüş yodid su buxarının kondensasiyası prosesinə səbəb olacaq. Elə bu çür eyni üsulla nümayişlərdən əvvəl  yaxşı havanı  təmin edirlər.

Bu barədə “South China Morning Post” qəzeti məlumat verib. Bulud zavodlarının tətbiq edildiyi təqdirdə Çin ərazisində yağıntının miqdarı 7% artacaq – ildə 10 milyard kubmetr əlavə olacaq.

SHARE