Dördillik fasilədən sonra yeni “iPod Touch” təqdim edilib

1346

ABŞ-ın “Apple” korporasiyası dördillik fasilədən sonra yeddinci nəsil yeni “iPod Touch” yığcam multimedia pleyerini təqdim edib.

Məlumata görə, yeni təqdim edilmiş qurğuda yüksək keyfiyyətli təsvir əldə etməyə imkan verən “A10 Fusion” çipi tətbiq edilib. Bundan başqa, 256 QB yaddaşa malik yeni “iPod” cihazında video və səsli rejimdə dostlara, ailə üzvlərinə zəng etməyə imkan verən “Group FaceTime” funksiyası əlçatan olub.

“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, yeni “iPod Touch” qurğusunun başlanğıc qiyməti 199 dollar təşkil edir.

Xatırladaq ki, pleyerin əvvəlki versiyası 2015-ci ildə təqdim edilmişdi. Həmin pleyer “iPhone 6” əsasında hazırlanmışdı, amma onun displeyi “iPhone 5/5S” qurğusunda olduğu kimi (4 düymlük “Retina” displey) idi.

Emil Hüseynov

 

PAYLAŞ