“Microsoft” jurnalistləri robotlarla əvəzləyəcək

45

“Microsoft” korporasiyasının “MSN” portalında çalışan onlarla jurnalist robotlarla əvəzlənəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, avtomatlaşdırılmış sistemlər saytda yerləşdirilmək üçün xəbərlərin seçilməsi ilə məşğul olacaqlar. Hazırda başlıqlar və xəbərlərin mövzuları reportyorlar tərəfindən toplanılır.

Korporasiya nümayəndələrinin sözlərinə görə, jurnalistlərin süni intellektlə əvəzlənməsi biznesin aparılması üzrə qiymətləndirmədə yeni mərhələyə çevrilib. “Bu, bir sahədə investisiya artımına, digərində isə yenidən təşkilə səbəb ola bilər”, – deyə korporasiya nümayəndələri bu qərarın koronavirus pandemiyası ilə əlaqədar olmamasını qeyd ediblər.

“Seattle Times” nəşrinin məlumatına görə, iyunun sonunadək təxminən 50 nəfər işindən məhrum olacaq, lakin müəyyən jurnalist kollektivi saxlanılacaq. İşdən azad olunan jurnalistlərin sözlərinə görə, robotların redaksiya siyasəti barədə məlumatlı olmamasına görə saytda uyğun olmayan materiallar yerləşdirilə bilər.

Nizam Nuriyev

PAYLAŞ