“Motorola” şirkəti iki ucuz, amma qabaqcıl smartfonunu təqdim edib

215

Şirkət ucuz smartfonlar üzrə yeni istehsal xəttini təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, yeni smartfonlar texniki xüsusiyyətlərinə görə çox oxşardırlar, hər bir modelin əsas özəlliyi onun adında əks olunub. “Moto G Power” aparatı 5000 milliamper/saat tutumlu batareya ilə təchiz edilib. 6,4 düymlük diaqonallı ekrana malik qurğunun avtonom işləmə müddəti 1-2 gündür.

“Moto G Stylus” aparatı “Galaxy Note”a oxşardır, amma onun stilusu sonuncu kimi qabaqcıl deyil. Bu stilus vasitəsilə əllə yazılmış qeydlər etmək, ekran görüntülərində nişanlamaq və çəkmək olar. Lakin onu, məsələn, kameranı işə salmaq üçün simsiz pult kimi istifadə etmək olmaz.

Smartfonların qiyməti müxtəlifdir. “Moto G Power” aparatının qiyməti 249 dollar, stilusa malik modelin qiyməti isə 299 dollardır.

Həm “Moto G Power”, həm də “G Stylus” smartfonları “Snapdragon 665” prosessoru, 4 QB əməli yaddaşla təchiz edilib. Hər iki cihaz “IPS” matrisli “Full HD” təsvir ölçülü 6,4 düymlük ekrana malikdir.

Smartfonlar 16 meqapiksellik əsas kamera, 8 meqapiksellik genişbucaqlı və makro çəkiliş üçün 2 meqapiksellik əlavə modulla təchiz ediliblər.

Emil Hüseynov

PAYLAŞ