Nobel Mükafatı Sammiti keçiriləcək

340

Aprelin 29-dan mayın 1-dək ABŞ-ın Milli Elmlər Akademiyasında “Bizim planetimiz bizim gələcəyimizdir” mövzusunda ilk Nobel Mükafatı Sammiti keçiriləcək.

nobelprize.org saytı xəbər verir ki, Nobel Fondu və ABŞ Milli Elmlər Akademiyası tərəfindən təşkil olunacaq tədbirdə 20-dək Nobel mükafatı laureatı, alim və siyasətçilər, o cümlədən biznes liderləri, aparıcı gənclər iştirak edəcək.

Sammitdə iqlim dəyişikliyi, geosiyasi alyanslar, iqtisadi bərabərsizlik, yeni texnologiyaların insanların həyat tərzinə təsiri, bəşəriyyətin daha firavan gələcəyi üçün nələrə nail olmağın mümkünlüyü və digər məsələlər ətrafında müzakirələr aparılacaq.

PAYLAŞ