Puma və MTİ içində bakteriyalar olan idman ayaqqabısı istehsal etdilər

0
166

Massaçusetts Texnoloji İnstitutunun (MTI) mütəxəssisləri və Puma şirkəti havalandırmaya xüsusi bakteriyalar tərəfindən nəzarət olunan idman ayaqqabısı istehsal etdilər.

CNBC-nin yazdığına görə, bu əməkdaşlığın ideyası insanların canlı, uyğunlaşa bilən məhsullar geyəcəklərinə əsaslanır.

İdman ayyaqabıları kolleksiyası Adaptive Dynamics adlanır və dünyada ilk biodizayn elementləri olan ayaqqabılardan biridir.

Ayaqqabının içərisindəki örtüyün yuxarı qatında olan bakteriyalar tərdə olan birləşmələri aşkar edə bilir. Sonra bakteriyalar örtüyün keçiriciliyini dəyişdirərək reaksiya verir. Sonra bu dəyişikliklər qeydiyyata alınır. Sonda ayaqqabı məlumatın istifadəçinin smart cihazına ötürür. İstifadəçilər real vaxtda yorğunluq və məhsuldarlığın səviyyəsi haqqında oxuya bilərlər.

Belə ayaqqabıların bazara çıxarılması ilə bağlı rəsmi planlar hələ ki yoxdur, lakin kolleksiyanın  məhdud sayda istehsalı gözlənilir, bundan sonra bəzi işləmələr Puma şirkətinin əsas məhsul xəttində istifadə oluna bilər.

Bundan əlavə, Puma şirkəti havada dəm qazının qatılığıının artmasına rəng dəyişikliyi ilə reaksiya verən mikroorqanizmlərin kulturları ilə dolu kiçik  konteynerlə təmin olunmuş idman maykasını təqdim edib.

Puma və MTI Design Lab, yeni texnologiyalardan istifadə edərək idman geyimlərinin gələcəyini formalaşdırmağa ümid edir.

SHARE