Smartfon ekranında koronavirus təxminən 1 ay müddətində yaşaya bilər

18

Avstraliyalı tədqiqatçılar yeni xəstəliyə səbəb olan COVID-19 koronavirusunun bir smartfon ekranında çox uzun müddət – “klassik” qrip viruslarından daha uzun müddət yaşaya biləcəyini kəşf ediblər. Virusların həyat fəaliyyəti nəzarət olunan bir mühitdə tədqiq olunmuşdu.

Avstraliya Elm Agentliyinin tədqiqatçıları, ciddi  nəzarət olunan bir mühitdə COVID-19-a səbəb olan virusun 28 gün, ənənəvi qrip virusunun isə 17 gün yaşaya biləcəyini aşkar ediblər. Dəhşətli səslənir, lakin yaxşı xəbər budur ki, bu, hər gün telefonlarımızda baş verənlərdən fərqli bir laboratoriya mühitidir.

Bununla yanaşı, nəticə narahatlıq doğurur – tədqiqatçılar koronavirusun digər viruslarla müqayisədə “inanılmaz dərəcədə davamlı” olduğunu və beləliklə gözləniləndən daha uzun müddət fərqli səthlərdə yaşaya biləcəyini bildirirlər. Şərtlərin çox spesifik olduğunu əlavə edirik – smartfondakı virus qaranlıqda (ultrabənövşəyi işığın təsirini yox etmək üçün) və sabit bir temperaturda idi.  Beləliklə, bu, telefonlardan istifadə etdiyimiz normal şəraitdən çox uzaqdır.

PAYLAŞ