Uğurlu fəaliyyət

0
181

AMEA akad.Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun elmi işçisi Kəmalə Məmmədova azərbaycanca Vikipediyada məqalələrin yerləşdirilməsi və redaktəsi sahəsində uğurla fəaliyyət göstərməkdədir. O buna  öz üzərində müstəqil çalışmaqla və heç bir əlavə təlim keçmədən nail olmuşdur.

Hal-hazırda Kəmalə Məmmədova Azərbaycan Vikipediyasında 300-yə yaxın məqalə yerləşdirmişdir. Fəal istifadəçi kimi o, hər ay, demək olar ki,  200-300 məqalə redaktə edir. Vikipediyadan istifadə qaydaları ilə bağlı əldə etdiyi uğurlara görə Kəmalə Məmmədovaya Mərkəzi Mərkəzi Elmi Kitabxana tərəfindən sertifikat verilmişdir.

SHARE