WhatsApp, Skype və digər mesencerlərə qoyulan məhdudiyyətlər aradan qaldırılıb

0
76

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi internet şəbəkəsi üzərindən təşkil olunan telekommunikasiya xidmətlərində bəzi problemlərin olmasına münasibət bildirib.

Qurumdan Xeberler.az -a daxil olan açıqlamada bildirilir:

“Ölkəmizdə uğurla keçirilən IV İslam Həmrəyliyi Oyunlarının təhlükəsizlik tədbirlərinin tərkib hissəsi olaraq Azərbaycan ərazisində müvəqqəti olaraq internet şəbəkəsi üzərindən təşkil olunan telekommunikasiya xidmətlərinə (Skype, Viber, WhatsApp və s.) məhdudiyyətlərin tətbiqi səsli və görüntülü onlayn kommunikasiya proqramlarının istifadəsində müəyyən çətinliklər yaradıb”.

Qeyd edilib ki, həmin dövrdə bir çox profilaktik tədbirlərin sırasında şəbəkənin sazlanması işləri də həyata keçirilib.

Məlumata görə, hazırda texniki yeniləmə işləri başa çatıb və vətəndaşlar bu kommunikasiya proqramlarından yerli və beynəlxalq əlaqələr üçün istifadə edə bilərlər.

Mənbə: http://xeberler.az/new/details/whatsapp,-skype-ve-diger-mesencerlere-qoyulan-mehdudiyyetler-aradan-qaldirilib–18183.htm

SHARE