“Windows 7” əməliyyat sistemində kritik boşluq aşkar edilib

268

“Windows 7” əməliyyat sistemində kritik boşluq aşkar edilib. Bu barədə fransız kibertəhlükəsizlik mütəxəssisi Kleman Labroya istinadən “ZDNet” nəşri yazıb.

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, mütəxəssisin sözlərinə görə, haker reyestrin açarlarını seçə, “Endpoint Mapper” və “DNSCache”dəki boşluqlar vasitəsilə sistemə müdaxilə əldə edə bilər. Bu komponentlər əməliyyat sisteminin quraşdırılması vaxtı istifadə olunur.

Söhbət “sıfır gün” boşluğundan gedir. “Microsoft” şirkəti öz köhnə sistemlərini dəstəkləməyi dayandırdığına görə aşkar edilmiş boşluğun aradan qaldırılması ehtimalı son dərəcə azdır.

“Microsoft” korporasiyası yanvarın 14-də “Windows 7” sisteminin dəstəyini dayandırıb və “Windows 10” sisteminin inkişafına köklənib. İstifadəçilər “Windows 7” sistemində işləməyə davam edə bilərlər, amma əməliyyat sistemi yeniləmələr almayacaq.

Emil Hüseynov

PAYLAŞ