Ən ucuz “iPhone 11” daha yaxşı satılır

1716

“Apple” korporasiyası maye kristal ekranla təchiz edilmiş “iPhone 11” smartfonlarına görə komponentlərin istehsalı üçün sifarişlərini artırıb. Bu qurğuya tələbat gözləntilərdən çox olub. Bu haqda Tayvanın “DigiTimes” informasiya portalı məlumat verib.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, mənbənin məlumatına görə, “Apple” korporasiyası “iPhone 11 Pro Max” üçün daha az komponent sifariş etməyə başlayıb, çünki bu telefonların satış həcmi artmır.

3 yeni “iPhone” modeli 2019-cu ilin sentyabrında “Apple”ın illik təqdimatında təqdim edilib. Sözügedən qurğular genişbucaqlı kamera, həmçinin qaranlıqda şəkil çəkmək üçün “gecə” rejiminə malikdirlər. “iPhone 11” smartfonu iki əsas kamera, “Pro” modeli isə üç kamera (teleobyektiv, adi kamera və ultra genişbucaqlı) ilə təchiz edilib.

 

Emil Hüseynov

 

PAYLAŞ