1 Mart – Ümumdünya Mülki Müdafiə Günüdür

184

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda “1Mart – Ümumdünya Mülki Müdafiə Günü” münasibətilə mülki maarifləndirici tədbir keçirilib.

Tədbirdə  institut Mülki Müdafiə Qərargah rəisi H.Dünyamalıyev çıxış edib. O qeyd edib ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş məclisinin qərarı ilə 1972-ci ildən etibarən hər il martın 1-i bu təşkilata üzv ölkələrdə Ümumdünya Mülki Müdafiə Günü kütləvi humanitar tədbir kimi qeyd olunur. Bu günün hər il keçirilməsində məqsəd ictimaiyyətin diqqətini bu təşkilatın vacibliyinə və həyati əhəmiyyətinə cəlb etmək, mülki müdafiə işçilərinin isə işini və fədakarlıqlarını lazımınca qiymətləndirməkdir.

H.Dünyamalıyev “Yanğın təhlükəsizliyi haqqında” və “Mülki müdafiə haqqında” qanunlardan da danışıb, işçiləri maarifləndirdi.

Təhlükəsizlik texnikası üzrə mühəndis R.Quliyev institut əməkdaşlarının təhlükəsizliyinin təmin olunması ilə bağlı tədbirlər haqqında məlumat verdi. Yanğına qarşı təbliğat apararaq, öz işçilərinə yanğın təhlükəsizliyi tədbirlərindən danışıb, bildirib ki, yanğından müdafiə sistemlərini və vasitələrini, o cümlədən ilkin yanğınsöndürmə vasitələrini saz vəziyyətdə saxlamaq, onların başqa məqsədlərlə istifadə olunmasına yol verməmək lazımdır.

Tədbirdə manqa rəhbərləri iştirak ediblər.

PAYLAŞ