Müsabiqənin nəticələri məlum oldu

500

AMEA Aşqarlar Kimyası İnstitutu elmi şurasının 26 yanvar 2022-ci il tarixli iclasında keçirilmiş müsabiqə nəticəsində “İnhibitor xassəli üzvi birləşmələr” laboratoriyasının aparıcı elmi işçisi kimya üzrə fəlsəfə doktoru, dosent Kazımov Vəli Mustafa oğlu həmin laboratoriyaya müdir vəzifəsinə seçilmişdir.

AMEA Aşqarlar Kimyası İnstitutu elmi şurasının 26 yanvar 2022-ci il tarixli iclasında keçirilmiş müsabiqə nəticəsində “Yanacaq kompozisiyaları” laboratoriyasının aparıcı elmi işçisi kimya üzrə fəlsəfə doktoru Eyvazova İradə Malik qızı həmin laboratoriyaya müdir vəzifəsinə seçilmişdir.

AMEA Aşqarlar Kimyası İnstitutu elmi şurasının 26 yanvar 2022-ci il tarixli tarixli iclasında keçirilmiş müsabiqə nəticəsində “İnhibitor xassəli üzvi birləşmələr” laboratoriyasının baş elmi işçisi (müsabiqəyə qədər) kimya elmləri doktoru, professor Məmmədov Fikrət Ələsgər oğlu həmin laboratoriyaya baş elmi  işçi vəzifəsinə seçilmişdir.

AMEA Aşqarlar Kimyası İnstitutu elmi şurasının 26 yanvar 2022-ci il tarixli tarixli iclasında keçirilmiş müsabiqə nəticəsində “Yanacaq kompozisiyaları” laboratoriyasının baş elmi işçisi (müsabiqəyə qədər) kimya elmləri doktoru, professor Mövsümzadə Mirzə Mövsüm oğlu həmin laboratoriyaya baş elmi  işçi vəzifəsinə seçilmişdir.

PAYLAŞ