2023-cü ilin Fiziologiya və tibb üzrə Nobel laureatlarının adları açıqlandı

160

Bu gün İsveçdə Nobel həftəsi başlayıb. İlk olaraq İsveç Karolinsk İnstitutu 2023-cü il üzrə fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının adlarını açıqlayıb.  Karolinska İnstitutundakı Nobel Assambleyası 2023-cü il üçün Fiziologiya və Tibb üzrə Nobel mükafatını amerikalı alimlər Katalin Kariko və Drew Weissmana “COVID-19-a qarşı effektiv mRNT peyvəndlərinin işlənib hazırlanmasına imkan verən nükleozid bazası modifikasiyası ilə bağlı kəşflərinə görə” birlikdə verilməsinə qərar verib.

Qeyd edək ki, mükafatın təqdimat mərasimi dekabrın 10-da İsveçin və Norveçin paytaxtlarında Alfred  Nobelin doğum günündə keçiriləcək.

 

Oruc Mustafayev

PAYLAŞ