Dörd yaşlı vunderkind üç dildə yazmağı öyrənib

863

İngiltərənin Çeşant (Hartfordşir) şəhərindən olan dörd yaşlı vunderkind yüksək IQ-lu üzvlərin Mensa cəmiyyətinə qoşuldu, o artıq üç dil bilir. Bu barədə “The Mirror” xəbər verir.

Dörd yaşlı İshaq Miller (İzaak Miller) artıq iki yaşında müstəqil olaraq kitab oxumağı öyrənmiş və nə yunan, nə də ərəb kökləri olmasa da,ingilis, yunan və ərəb dillərində yaza bilir. O, Amerikanın 50 ştatının hamısını tanıyır, ispan dilində ona qədər saymağı bacarır və valideynlərindən rus əlifbası ilə yazılmış kitab istəyib. Oxumaq bacarığına görə o, on yaşlı, riyaziyyat bacarıqlarına görə altı yaşlı uşağa bənzəyir. O, bütün planetləri sıralaya bilər.

İshaq əlifba kublarını uyğun obyektlərin yanında yığmağı bacarır, məsələn, “A” hərfini akvariumun yanına qoyur.

Uşağın anası, 32 yaşlı Mişel Nelson (Michelle Nelson), onun  gəzinti zamanı, avtobusdakı işarələri və nəqliyyatda yapışdırılmış  reklamları  başa düşməyə çalışarkən oxumağı öyrəndiyini söylədi.

Oğlan məktəbəqədər müəssisədə təhsil alır və təhsildə psixoloq Peter Konqdon (Peter Kongdon) ilə zehni qabiliyyətləri üzrə test vermişdi. Hesabatında Konqdon İshaqı çox yüksək ümumi zəkaya və müvafiq sxolastik nailiyyətlərə sahib bir uşaq olaraq təsvir etmişdi. Onun İQ 154-dür.

Mensa testləri on yaşına çatmamış uşaqlara tətbiq oluna bilinmədiyi üçün bu cür hallarda müstəqil bir araşdırma əsasında cəmiyyətə qəbul olunmaq mümkündür. Mensa aparılmış test nəticələrini təsdiqlədikdən sonra aprel ayında balaca oğlan təşkilata qəbul olunmuşdu.

PAYLAŞ