AMEA Aşqarlar Kimyası İnstitutuna 2020-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edilib

1348

Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutu AR Nazirlər Kabinetinin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2020-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul Planı”na əsasən aşağıdakı ixtisaslar üzrə qəbul elan edir.

 Fəlsəfə doktoru proqramı üzrə (doktorantura):

2306.01 – “Üzvi kimya” – 4 yer (2 əyani, 2 qiyabi);

2304.01 – “Neft kimya – 2 yer (1 əyani, 1 qiyabi);

 

Fəlsəfə doktoru proqramı üzrə (dissertantura):

2306.01 – “Üzvi kimya” – 1 yer (büdcə hesabına);

2304.01 – “Neft kimya – 1 yer (büdcə hesabına);

 

Elmlər doktoru proqramı üzrə (doktorantura):

2304.01 – “Neft kimya – 2 yer (qiyabi);

 

Elmlər doktoru proqramı üzrə (dissertantura):

2304.01 – “Neft kimya – 1 yer (büdcə hesabına);

 

Fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya sənədlər 14 sentyabr – 7 oktyabr 2020-ci il tarixlərində hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 16:30-dək aşağıdakı ünvanda qəbul ediləcək.

Veb-sayt     www.ica.az

Ünvan        AZ1029, Bakı şəh., Böyükşor şossesi, məhəllə 2062

Tel.   (+994 12) 5149612

Faks  (+994 12) 5149612

Elektron poçtu     aki05@mail.ru

 

PAYLAŞ