Horizon 2020 Green Deal Call (Yaşıl razılaşma çağırışı) proqramı çərçivəsində Şərq Tərəfdaşlığı ölkələri üçün maliyyə imkanları üzrə vebinar

940

Avropa Komissiyası Şərq Tərəfdaşlığı (ŞT) ölkələrinin Avropa İttifaqı Çərçivə Proqramlarında və Avropa Tədqiqat Sahəsində (ERA) uğurlu iştirakını dəstəkləyir. Bu səbəbdən, ŞT ölkələrindən olan tədqiqatçılara və innovasiya sahəsindəki mütəxəssislərə Horizon 2020 (son çağırışlar) və Horizon Avropa proqramlarına müraciətlərin hazırlanmasında köməklik göstərilir. Avropa Komissiyası iddialı Avropa Green Deal proqramı ilə bağlı əməkdaşlıq imkanlarını xüsusilə önə çəkir.

Avropa Komissiyasının Beynəlxalq Əməkdaşlıq Xidmət Təşkilatı tədqiqatçıları və digər maraqlı tərəfləri sentyabrın ortalarında başlayacaq Horizon 2020 Green Deal çağırışına dair virtual təlimlərdə iştirak etməyə dəvət edir.

Virtual Green Deal təlimləri üç sessiyadan ibarətdir və hər biri Green Deal çağırışını müxtəlif aspektlərdən əhatə edir. Birinci sessiyada ümumi icmal təqdim ediləcəyi halda, ikinci və üçüncü sessiyalar daha çox təfsilata yönəldiləcək, həmçinin şəbəkələrin yaradılması və layihə təkliflərinin yazılması kimi ümumi məqamlara toxunulacaq. İştirakçılar digər müvafiq tədbirlər, məlumat mənbələri və şəbəkə imkanları üzrə linklərlə təmin ediləcək. Sessiyaların birində, ikisində və ya hər üçündə iştirak etmək olar.

İlk virtual Green Deal təlimi 18 sentyabr 2020-ci il tarixində saat 12.00-da başlayacaq.

İştirakda maraqlı şəxslər bu linkdən qeydiyyatdan keçməlidirlər:

https://secure.pt-dlr.de/pt-conference/conference/TR_Nov_20

PAYLAŞ