Yapon mühəndisləri düşüncənin gücü ilə idarə olunan robot hazırlayıblar

1020

Robotlar zaman keçdikcə daha da populyarlaşırlar. Onların bir çoxu mürəkkəb alqoritmlər sayəsində bir çox hərəkətlər yerinə yetirmək imkanına malikdirlər. Yapon alimləri sahibinin düşüncəsinin gücü ilə idarə olunan robot hazırlayıblar.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, Tohoku Universiteti və “Bandai” oyuncaq şirkəti ilə əməkdaşlıq çərçivəsində işləmiş “Hitachi” şirkətinin mütəxəssisləri növbəti texnoloji irəliləyiş haqqında məlumat veriblər. Onların sözlərinə görə, düşüncənin gücü ilə idarə olunan  oyuncaq robotun ilk prototipi hazırlanıb. Adi oyuncağa oxşayan “Zeonic Technics” uşaqlara texnologiyanı öyrətmək üçün nəzərdə tutulub. Alimlər insan beynini kompüterlə əlaqələndirməyə nail olublar.

Alimlər bildiriblər ki, indiyədək robota bəzi jestlər öyrədilib, amma gələcəkdə bu işə davam etməyi planlaşdırırlar.

Emil Hüseynov

PAYLAŞ