AMEA Aşqarlar Kimyası İnstitutunda “Neft kimya” ixtisası üzrə doktoranturaya qəbul imtahanı keçirilib

1027

AMEA-nın akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda 2021-ci tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya ixtisas fənni üzrə növbəti qəbul imtahanı keçirilib. İmtahanda bu dəfə “Neft kimya” – 2314.01 ixtisaslaşması üzrə namizəd  iştirak edib. Plana uyuğun olaraq fəlsəfə doktoru hazırlığı üzrə doktorluq imtahanının keçirilməsi üçün İnstitutda imtahan komissiyası yaradılıb.

Komissiyanın sədri institutun direktoru akademik Vaqif Fərzəliyev, üzvləri isə elmi katib k.ü.f.d. Mehparə Səfərova, laboratoriya müdiri k.e.d., prof. Pərvin Məmmədova, baş elmi işçi, tex.e.d., dosent Elmira Nağıyeva və aparıcı elmi işçi k.ü.f.d., dosent Elnarə Həsənovadır. 90 dəqiqə müddətində 50 sual test tapşırıqlarını cavablandıran namizədin nəticəsi məqbul qiymətləndirilib. İmtahan uğurla başa çatmışdır.

Məlumat üçün bildirək ki, 2021-ci il üzrə Aşqarlar Kimyası İnstitutu üzrə elan olunan doktorantura və dissertantura yerlərinə “Üzvi kimya” ixtisaslaşması üzrə doktoranturaya 1, “Neft kimya” ixtisaslaşması üzrə doktoranturaya 1 və dissertanturaya 1 namizəd indiyə qədər “Xarici dil” və “Fəlsəfə” imtahanlarından müsbət nəticə göstərərək, növbəti mərhələyə keçiblər.

 

PAYLAŞ