İsrailin “Wasteless” startapı məhsulların yararlılıq müddətini izləyən qiymət cədvəlləri hazırlayıb. Məhsul rəfdə nə qədər çox qalarsa, dəyəri bir o qədər aşağı olur.
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, artıq Milandakı mağazada qiymət cədvəlləri tətbiq edilib. Bir qayda olaraq, supermarketlərin əməkdaşları rəflərdə uzun müddət qalan məhsulların qiymət cədvəllərini özləri dəyişdirirlər. Yeni texnologiya bu prosesi avtomatlaşdırmağa imkan verəcək. Elektron qiymət cədvəllərinin sayəsində məhsullar görünən yerdə qalır. Yararlılıq müddəti 20 apreldə biətən yoqurt yararlılıq müddəti iki həftə sonra bitən digər yoqurtun yanında yerləşə bilər və elektron qiymət cədvəlləri yararlılıq müddətindəki fərqi avtomatik göstərir.
Bir il əvvəl keçirilmiş sınaq nəticəsində alıcıların 41%-nin yararlılıq müddəti bitmiş ucuz malları seçməyə daha meylli olduğu məlum olub.
Emil Hüseynov