Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 22 iyun tarixli 365s nömrəli Sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyası Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun 2021-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul planı təsdiq edilmişdir. Bu plana əsasən AMEA Aşqarlar Kimyası İnstitutu 2021-ci tədris ili üçün fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya tələbə qəbulu elan edir:
Elmlər doktoru hazırlığı üzrə
Dissertantura (2 yer)
2306.01 “Üzvi kimya” 1-yer
2314.01 “Neft kimya” 1-yer
Fəlsəfə doktoru hazırlığı üzrə
Doktorantura (3 yer)
2306.01 “Üzvi kimya” 2-yer
2314.01 “Neft kimya” 1-yer
Dissertantura (2-yer)
2306.01 “Üzvi kimya” 1-yer
2314.01 “Neft kimya” 1-yer
Fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya sənədlər 05 iyul-20 avqust 2021-ci il tarixlərində hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək AMEA-nın müvafiq elmi müəssisələrində qəbul ediləcək (Təhsil şöbəsi I mərtəbə).