AMEA akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda doktorluq imtahanı

542

17 dekabr 2021-ci il tarixində Aşqarlar Kimyası İnstitutunda 2314.01 “Neft kimyası” ixtisas fənnindən fəlsəfə doktorluğu hazırlığı üzrə imtahan keçirilib.

AMEA-nın prezidentinin “Qış imtahan sessiyasının keçirilməsi haqqında” 1 dekabr 2021-ci il tarixli 555 saylı sərəncamına əsasən institutun baş direktoru, akademik Vaqif Fərzəliyevin müvafiq əmri ilə doktorluq imtahanının keçirilməsi məqsədilə imtahan komissiyası yaradılıb. İmtahanda komissiya üzvləri və AMEA RH Təhsil Şöbəsinin doktorantura sektorunun aparıcı mütəxəssisi Leyla Hacıyeva da iştirak edib.

İnstitutun sabiq doktorantı Zübeyda İsrafilova və dissertant Lalə Zeynalova bilet üsulu ilə imtahan veriblər. Nəticələr imtahan bitdikdən sonra komissiya tərəfindən elan olunub. İmtahan pandemiya şəraitinin tələblərinə riayət etməklə baş tutub.

 

PAYLAŞ