Müsabiqə davam edir

490

AMEA akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda vakant olan 2 laboratoriya müdiri, 2 baş elmi işçi vəzifəsinin tutulması üçün müsabiqə (Müsabiqə İnstitutunun rəsmi internet saytında (07 dekabr 2021-ci il), “Respublika” qəzetində (08 dekabr 2021-ci il №266 (7162) və “Elm” qəzetində (10 dekabr 2021-ci il №44-45 (1306-1307) sayında dərc edilmiş elanlar yerləşdirilmişdir) ilə əlaqədar yaradılmış Müsabiqə Komissiyasının qərarına (18 yanvar 2021-ci il, prot. № 1) əsasən institutun “İnhibitor xassəli üzvi birləşmələr” laboratoriyasında vakant olan laboratoriya müdiri yeri üzrə müsabiqəyə həmin laboratoriyanın aparıcı elmi işçisi Kazımov Vəli Mustafa oğlu, “Yanacaq kompozisiyaları” laboratoriyasında vakant olan laboratoriya müdiri yeri üzrə müsabiqəyə həmin laboratoriyanın aparıcı elmi işçisi Eyvazova İradə Malik qızı, “İnhibitor xassəli üzvi birləşmələr” laboratoriyasında vakant olan baş elmi işçi yeri üzrə müsabiqəyə həmin laboratoriyanın müsabiqəyə qədər baş elmi işçisi Məmmədov Fikrət Ələsgər oğlu, “Yanacaq kompozisiyaları” laboratoriyasında vakant olan baş elmi işçi yeri üzrə müsabiqəyə həmin laboratoriyanın müsabiqəyə qədər baş elmi işçisi Mövsümzadə Mirzə Mövsüm oğlu buraxılmışdır.

 

 

 

 

 

PAYLAŞ