Aşqarlar Kimyası İnstitutunun gənc alimi texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb

358

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (AKİ) “Sürtkü kompozisiyaları” laboratoriyasının böyük elmi işçisi Yusifova Aidə Rafiq qızı  2314.01 – “Neft kimyası” ixtisasından texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “İşlənmiş motor yağlarının regenerasiyası və onların əsasında müxtəlif təyinatlı dizel mühərrikləri üçün yeni sürtkü kompozisiyalarının yaradılması” mövzusunda dissertasiya işini müdafiə etmişdir.

Yusifova Aidə Rafiq qızı tərəfindən geniş həcmdə tətbiq sahəsi olan sürtkü yağlarının, xüsusən motor yağlarının işlənmiş nümunələrinin yenidən bərpası üzrə aparılan tədqiqat işləri nəticəsində işlənmiş Mysella-40 motor yağının regenerasiya texnologiyası yaradılmışdır. Regenerasiya texnologiyasının işlənməsində – katalizator, adsorbent, neytrallaşdırıcı reagent, temperatur, kavitasiya prosesinin tətbiqi və digər faktorların regenerasiya prosesinə təsiri tədqiq edilmişdir. İşlənmiş “Mysella-40 motor yağının regenerasiya məhsulunun baza yağı kimi istifadə etməklə müxtəlif təyinatlı dizel mühərrikləri üçün bir sıra sürtkü kompozisiyaları yaradılmışdır.

İnstitutun gənc alimi Yusifova Aidə Rafiq qızı  2314.01 – “Neft kimyası” ixtisasından texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

Texnika elmləri üzrə fəlsəfə doktoru Yusifova Aidə Rafiq qızını təbrik edir, elmi fəaliyyətində uğurlar arzulayırıq.

PAYLAŞ