Çinli qadına diş əməliyyatı lazım idi. Bu, robot tərəfindən edildi

1869

Robotların fəth edə bildiyi daha bir peşəni əlavə edin: stomatologiya.

The South China Morning Post qəzetinin məlumatına görə, Çində bir robot-stomatoloq bir qadının ağzında  iki dişi yerləşdirərək ilk dəfə olaraq müstəqil implant əməliyyatını müvəffəqiyyətlə  həyata keçirmişdir.

Bir saatlıq prosedurda tibb işçiləri də iştirak etmişlər, lakin əməliyyat yalnız robot-stomatoloq tərəfindən idarə olunmuşdur.

Məlumatda deyilir ki, robot-stomatoloqlar  ixtisaslı stomatoloqların çatışmazlığını aradan qaldırmaq, habelə cərrahi səhvlərin sayını azaltmaq üçün nəzərdə tutulmuşdur.

Bənzər texnologiya ABŞ-da istifadəyə verilmişdir. Mart ayında Neocis tibb şirkəti diş implant prosedurları üçün Yomi adlı  robotlaşdırılmış sistem üçün  ABŞ Qida və Dərmanlara Nəzarət İdarəsindən dəstək almışdır.

Reference: https://www.usatoday.com/story/news/nation-now/2017/09/25/chinese-woman-needed-dental-surgery-done-robot/699365001/

PAYLAŞ