Aşqarlar Kimyası İnstitutunda 15 İyun – Azərbaycanın Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

238

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda Yeni Azərbaycan Partiyası Ərazi Təşkilatı, Azad Həmkarlar Təşkilatı, Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə 15 İyun – Azərbaycanın Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndərin və Azərbaycan ərazi bötüvlüyü uğurunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbir iştirakçıları Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən videoçarxı izləyiblər.

Tədbirdə Aşqarlar Kimyası İnstitutunun baş direktoru akademik Vaqif Fərzəliyev giriş nitqi ilə çıxış edib. O qeyd edib ki, “Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. 15 İyun –Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür”. Akademik bu gün haqqında geniş məruzə ilə çıxış edərək Milli qurtuluşdan başlanan yolda əldə edilən uğurların əsas məqamlarını təqdim edib.

Sonra kiçik elmi işçi Vahidzadə Leyla tədbir iştirakçılarına bu günlə bağlı hazırladığı məruzəni təqdim edib.

İnstitutun tanınmış alimi Nüsrət Əliyev bu günün əhəmiyyəti haqqında öz fikirlərini bölüşüb.

PAYLAŞ