Aşqarlar Kimyası İnstitutunun gənc alimləri konfransda iştirak ediblər

149

Noyabrın 17-də Təhsil İnstitutu (ARTİ) və Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş Doktorantların və Gənc Tədqiqatçıların XXVI Respublika Elmi Konfransı (NASCO XXVI) keçirilib.

Açılış mərasimində iştirak edən elm və təhsil naziri Emin Əmrullayev konfransın doktorant və gənc tədqiqatçılar üçün xüsusi əhəmiyyəti olduğunu vurğulayıb. Eyni zamanda nazir sözügedən konfransın artıq 26 ildir keçirildiyini və onun təşkilinin vacib tərəflərini qeyd edib.

Konfransda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun doktorantları Kazımzadə Şəfa Kazım qızı və Kazımzadə Lamiyə Kazım qızı məruzə ilə iştirak etmiş, konfrans iştirakçılarının suallarını cavablandırmışlar.

İştirakçılara Sertifikat təqdim olunub.

PAYLAŞ