ADNSU “SABAH” qrupu tələbələri Aşqarlar Kimyası İnstitutuna ekskursiya ediblər

231

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) II kurs “SABAH” qrupu tələbələri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutuna ekskursiya ediblər.

İlk öncə tələbələr İnstitutun “Heydər Əliyev Guşəsi” qarşısında Ümummilli lider Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər və xatirə şəkli çəkdiriblər.

İnstitut Azad Həmkarlar Təşkilatının sədri k.ü.f.d., dosent Elxan İsakov Aşqarlar Kimyası İnstitutunun yaranma tarixindən, elmi fəaliyyət istiqamətləri, institutda aparılan fundamental tədqiqatlardan, əldə olunan nailiyyətlərdən, İnstitutda çalışmış və dünyasını dəyişən Azərbaycanın görkəmli kimyaçı alimləri  – akademik Əli Quliyev və akademik İzzət Orucova haqqında məlumat verib.

Sonra tələbələr “Üzvi birləşmələrin və kompozisiyaların analizi və fiziki-kimyəvi tədqiqi”, “Sürtkü kompozisiyaları”, “Mühafizəedici üzvi birləşmələr”, “Müxtəlif funksiyalı polimer birləşmələr” və digər laboratoriyalara baş çəkərək orada aparılan elmi tədqiqatlarla, müasir fiziki-kimyəvi cihazların iş prinsipləri ilə yaxından tanış olublar, bəzi təcrübələri yaxından izləyiblər.

PAYLAŞ