Dubayda keçirilən Dünya Hökumət Sammitində çıxış edərkən nəzəri fizika sahəsində mütəxəssis, elmi populyarlaşdıran məşhur şəxs, eləcə də bir çox elmi-populyar kitab müəllifi olan Mitio Kaku yaxın 20 ildə (bizi dedikdə bütün bəşəriyyət nəzərdə tutulur) bizim həyatımıza təsir edəcək mövzunu müzakirə etmişdir . Söhbət dəyişikliklər – həyatımızı dəyişdirəcək şeylər və texnologiyalar haqqında idi.
Bu dəyişikliklərin başlanğıcı artıq qoyulmuşdur.Biz hər gün alim və mühəndislərin həyatımızın universal əsası olan DNT-yə daha çox yaxınlaşaraq süni intellekt, kosmik uçuşlar, tibb və biologiyanın inkişafında növbəti inqilab etdiklərini müşahidə edə bilərik. Elm və texnologiyanın inkişafı, əlbəttə ki, ruhlandırır, lakin onun baş verdiyi sürət bəzi adamlar üçün müəyyən narahatlıq hissi yarada bilər. Bundan əlavə, Kakuya görə, yaxın iyirmi ildə hər şey daha da qarışıq olacaq.
Hərəkətdə olaraq kimyəvi analiz etmə və orqanizmdə bu və ya digər maddələri azaltmaq üçün tövsiyə vermə qabiliyyəti olan tualetdən başlayaraq və bizimlə söhbət edə biləcək divarlara qədər hər şey – Kaku sabahkı dünyanın eyni vaxtda gözəl, bir az qorxunc və müəyyən dərəcədə də komik mənzərəsini təsvir etmişdir.
Həyat 2.0
Kaku zamanın hər şeyi dəyişəcəyi fikrindən başladı. O cümlədən, texnologiyalarla yanaşı inkişaf edəcək dilimiz. Bu nə deməkdir? Məsələn, bu o deməkdir ki, zaman keçdikcə “kompüter” sözü insanın dilindən yox ola bilər. Əlbəttə ki, sözün özü qalacaq, lakin biz terminin əhəmiyyətini itirəcəyik. Kakuya görə,bəzi ölkələrdə “kompüter” sözü istifadə edilməyəcək, çünki bu cihazlar həqiqətən hər yerdə olacaq. Dünyada kompüter olmayacaq heç bir şey qalmayacaq. Hər şey kompüterləşdiriləcək.
Alim 3D çap texnologiyasının həyatımızı keyfiyyətcə necə dəyişdirəcəyi mövzusunu davam etdirdi.”Biz yeni bir dünya haqqında danışırıq. Sizin təsəvvür edə bildiyiniz hər şeyi özünüzün yarada biləcəyiniz dünya haqqında” deyərək Kaku şərh etdi. O bizim özümüz üçün yeni ayaqqabı, bəzək əşyaları və ya qarderobumuzdan hər hansı bir əşyanı çap edə biləcəyimiz dünyanı təsvir etdi. Uşağınız yeni bir oyuncaq istəyirsə, onu mağazaya aparmağa ehtiyac yoxdur. Sizə lazım olan İnternetə daxil olaraq xoşunuza gələn dizaynı yükləyib evinizin qonşu otağında olan 3D-printerdə çap etməkdir. Yeri gəlmişkən, ola bilər ki, həmin printer ölçüsü ondan daha böyük olan 3D-printerin köməyi ilə çap olunsun.
Yeri gəlmişkən, ev haqqında. Bizim yaşadığımız yerlər yalnız məskunlaşma yerləri olmayacaq. Onlar alətlər olacaq. Kompüterli, “canlı” alətlər. Biz həm də divar kağızı ilə ünsiyyət quracağıq. Bəli, divar kağızı ilə. Şübhə edirsinizmi?
“Gələcəkdə” ağıllı kağız “olacaq. Bu kağız bizim sorğumuzla hər hansı bir məlumatı, bugünkü kompüterlərimizin ekranları kimi göstərə biləcək. Biz divarlarla danışacağıq. Və yalnız biz deyil, onlar da bizimlə danışacaq. Evlərimizin görünüşü o qədər dəyişəcək ki, adi divarlar bizim smartfonlara, noutbuklara və böyük televiziya ekranlarına çevriləcək “.
Təsəvvür edin ki, bir otaqda oturub nəinki sizi əhatə edən, hətta rəqəmsal dünyanın ən uzaq guşələrinin daxilində yerləşən əşyalarla ucadan söhbət edirsiniz. Lakin bu, bəzi adamlar üçün əzici olub təklik hissi yarada bilər. Amma bizi gözləyən gələcək dünya belədir.
İxtiyarımızda dünyanın digər yerlərində başqaları ilə əlaqələr qurmağa kömək edəcək texnologiyalar olacaq. Kaku qeyd etdi ki, bu cür vasitələr sizin düşüncələrinizi və fikirlərinizi tanımadığınız insanlarla bölüşməyə imkan verəcək.
“Siz hər hansı bir dildə ünsiyyət qura biləcəksiniz. Bu işdə sizə sizə yazılmış mətni tərcümə edən və birbaşa sizin tor qişanıza əks etdirən kontakt linzaları kömək edəcək “.
Sərinləmək və harasa getmək istəyirsiniz? Hara– uzağa və ya bir o qədər uzaq olmayan yerə – getməyinizdən asılı olmayaraq öz avtomobilinizə ehtiyac olmayacaq. Sürücülük bacarığı da lazım olmayacaq. Sizi avtomobil daşıyacaq. Müstəqil olaraq. Özünü idarə edən. Bundan əlavə, siz səfərə yüksüz cıxa bilərsiniz. Lazım olan şeylərin hamısı yolda birbaşa 3D printerdə çap edilə bilər.
Kakuun sözlərinə görə, biz sosial-iqtisadi əlaqələrin tamamilə fərqli olacağı gələcəyə yaxınlaşırıq. “Biz vasitəçilər anlayışının və adi kapitalizmin bütün mənfi tərəflərinin olmadığı ” ideal kapitalizm ” qururuq. Burada qalib cəmiyyət, zərər çəkənlər vasitəçilər, üçüncü şəxslər olacaq» – deyərək Kaku qeyd etdi.
Müzakirənin sonuncu məsələsi özümüzə aid idi. “Süni intellekt, bizə keçmişdə heç bir kral və ya kraliçənın qalib gələ bilmədiyi yaşlanma prosesi üzərində qələbə çalmağa imkan verə bilər. Zaman keçdikcə hamımız qocalır və ölürük. Köhnə işdə səhvlər yaradır. Gənclərin milyonlarla genlərini qocaların milyonlarla geni ilə müqayisə üçün süni intellektdən istifadə edə biləndə biz yaşlanma prosesinin harada və necə başladığını müəyyən edə bilərik. Və sonra biz onun kökünü kəsərik. ”
Razılaşın ki, gələcəyin təsviri cəlbedici olacaq. Ancaq bu həqiqətən belədirmi? Buna cavab vermək çətindir. Çox cazibədar görünür, lakin gəlin bu məsələyə 20 ildən sonra qayıdaq.
https://hi-news.ru/medicina/uchenym-vpervye-udalos-vossozdat-legochnuyu-tkan.html