Aşqarlar Kimyası İnstitutunda maarifləndirici elmi seminar keçirilib

165

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda  «Naqnotexnologiyanın inkişaf mərhələləri» mövzusunda seminar keçirilib.

Giriş nitqi ilə seminarın gündəliyi haqqında məlumat verən İnstitutun icraçı direktoru kimya elmləri doktoru, professor Əfsun Sucayev bildirib ki, gənc alim və mütəxəssislərin bu mövzülarda maarifləndirilməsi onların elmə olan marağının artırılmasında həlledici amildir.

Sonra İnstitutun “Yağlayıcı-soyuducu kompozisiyalar” laboratoriyasının  kiçik  elmi  işçisi Samir Cəfərov  mövzu üzrə geniş məruzə ilə çıxış edib. O, nanotexnologiyalar  nədir, tarixi, konseptual mənşəyi, inkişaf mərhələləri və eksperimental tədqiqatları haqqında məlumat verib.

S.Cəfərov mövzu haqqında əməkdaşları maraqlandıran sualları cavablandırıb.

 

PAYLAŞ