“Kimyaçılar” dərnəyinin üzvləri Aşqarlar Kimyası İnstitutunda olublar

120

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 216 saylı tam orta məktəbində fəaliyyət göstərən “Kiçik Akademiya”nın “Kimyaçılar” dərnəyindən seçilmiş yeni 4 üzvü dərnək rəhbəri Saçlı Hüseynovanın təşkilatçılığı ilə akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda ekskursiyada olublar.

Şagirdlər institutun gənc alimlərinin təqdimatında laboratoriyalarda müasir fiziki-kimyəvi cihaz və avadanlıqların iş prinsipini öyrəniblər, bəzi əyləncəli-öyrədici təcrübələri izləyiblər.

Sonra şagirdlər İnstitutun icraçı direktoru kimya elmlər doktoru, professor Əfsun Sucayevlə də görüşüblər. O, şagirdlərə Aşqarlar Kimyası İnstitutunun yaranma tarixindən, elmi fəaliyyət istiqamətləri, institutda aparılan fundamental tədqiqatlardan, əldə olunan nailiyyətlərdən danışıb, gələcəyin istedadlı mütəxəssislərinə öz məsləhətlərini verərək qeyd edib ki, belə görüşlərin məktəblilərin elmə həvəsləndirilməsində rolu böyükdür.

Daha sonra professor şagirdlərə öz müəllifi olduğu kitabları hədiyyə edib.

Görüşün sonunda şagirdlərin çoxsaylı sualları cavablandırılıb.

PAYLAŞ