Aşqarlar Kimyası İnstitutunun alimi dosent elmi adına layiq görülmüşdür

172

ARETN akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun “Fizioloji fəal üzvi birləşmələr” laboratoriyası aparıcı elmi işçisi, k.ü.f.d. Babayev Sabir Sahib oğlu dosent elmi adına layiq görülmüşdür.

S.Babayev  uzun müddət müxtəlif kükürdüzvi birləşmələrin sintezi, onların yeyilmə və siyrilməyə qarşı aşqar kimi tədqiqi sahəsində tədqiqatlar aparılmışdır. Bu məqsədlə tərkibində kükürd olan üçüzvlü (tiiranlar) və dördüzvlü (tietanlar) tsiklik birləşmələr sintez edilmişdir.

Qeyd edək ki, 2022-ci ildə İnstitutunun baş direktoru akademik Vaqif Fərzəliyev və aparıcı elmi işçisi kimya üzrə fəlsəfə doktoru Sabir Babayevin birgə müəllifi olduğu “Tietanlar kimyası” monoqrafiyası çap olunmuşdur..

PAYLAŞ