Akademik Vaqif Fərzəliyevə Oksford Akademik Birliyinə üzv olmaq təklif edilib və o orada keçiriləcək möhtəbər tədbirlərə dəvət olunub

2294

Azərbaycan Milli Elmlər Akademiyası akad.Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyevə Böyük Britaniyanın Oksford Akademik Birliyinə üzv olmaq təklif edilib. Sözügedən Akademiyanın Ekspertlər Şurası AMEA akademikinin beynəlxalq səviyyəli elmi fəaliyyətini yaxından izləyərək və apardığı tədqiqatlarının müsbət nəticələrinin müasir cəmiyyətdə elmin və istehsalın inteqrasiyasının inkişafına verdiyi töhvəni yüksək qiymətləndirərək belə bir qərar qəbul ediblər. Oksford Akademik Birliyində hesab edirlər ki, bu üzvlük akademik V.Fərzəliyevin elmi fəaliyyətinin Avropa və bütün dünyada daha da tanıdılmasına, həmçinin, cəmiyyəti onun elmi tədqiqatlarının nəticələri, innovasiya və nailiyyətlərlə bağlı məlumatlamdırmağa əlavə imkan yaradacaq.

Məlumat üçün bildirək ki, Oksford Akademik Birliyi 2014-cü ildə Avropa Rektor klublarının bazası əsasında dünya elmi və biznes cəmiyyətinin tələbi ilə yaradılmışdı. Bununla bağlı memorandum dünyanın 30 ökəsinin tanınmış rektor, müəllim və alimləri tərəfindən imzalanmışdır.

Birliyin təsis olunmasında əsas məqsəd də XXI yüzillikdə elm və təhsilin inkşafı üçün alimlərinin səylərinin birləşdirilməsi, həmçinin müasir istehsalda yeniliklərin tətbiqinin təşviq edilməsidir.

Onu da qeyd edək ki, 17 aprel 2018-ci il tarixdə London şəhərində yerləşən Kral İnstitutunda Böyük Britaniya direktorlarının Beynəlxalq Sokrat tədbiri “EBA Achievements-2017”,  müxtəlif ölkə şirkətlərinin 2017-ci ildə peşəkar nailiyyətlərinə görə beynəlxalq mükafatlarla təltif olunması mərasimi təşkil olunacaq. 25-26 aprel 2018-ci il tarixlərində isə Oksfordda Təhsil İdarəetmə Akademiyasının iclası keçiriləcək. Akademik Vaqif Fərzəliyev hər iki möhtəbər tədbirdə iştirak etmək üçün dəvət olunub. Bununla əlaqədar ona xüsusi dəvət məktubu göndərilib.

 

PAYLAŞ