Apple ilə LG, qatlana bilən iPhone istehsal edəcəklər

2220

X-in təqdim edilməsi ilə birlikdə smartfon bazarında dizayn mənasında əhəmiyyətli inkişaf göstərən Apple-ın, LG ilə birlikdə qatlana bilən telefon çıxara biləcəyi iddia edildi. İddialara görə bu smartfon 2020-ci ildə təqdim edilə bilər.

Göründüyü kimi smartfon dizaynında Apple-ın ən böyük yeniliklərindən biri qatlanan smartfon olacaq. LG Display ilə birlikdə işlərə başlayan firma, qatlana bilən iPhone modelini ən gec 2020-ci ildə bazara təqdim etmək istəyir.

LG isə bu layihəyə yalnız ekranın istehsalı üçün daxil olmayacaq. LG Innotek adlı alt şirkət də qatlana bilən iPhone üçün qatlanan dövrələr və parçalar istehsal edəcək. LG Display isə bu iPhone-un qatlana bilən ekranının altına imzasını atacaq.

Qatlana bilən ekranın isə OLED panel ilə çıxarılacağını və LG-nin bu ekranın prototipini bundan iki ya da üç il əvvəl hazırladığını da ifadə edək. O gündən bu yana ekranın davamlılığı və sağlamlığı mövzusunda işlər davam edir.

İşin maraqlı tərəfi də Apple-ın qatlana bilən iPhone-un ekranı üçün Samsung yerinə LG Display-i seçmiş olmasıdır.

Bu mövzudakı iddialar isə Applen-ın bu qərarı almasında, Samsung-un son dövrlərdə davamlı olaraq yaşadığı müxtəlif texnoloji sızıntılardır. Bu səbəbdən şirkət Samsung ilə işləmək istəmir və LG Display ilə bu böyük layihəyə daxil olmağa qərar verib.

https://technote.az/texnologiya-xeberleri/apple-ile-lg-qatlana-bilen-iphone-istehsal-edecekler/

 

 

 

PAYLAŞ