Aşqarlar Kimyası İnstitutunda ixtisas fənnindən doktoranturaya qəbul imtahanı keçirilib

43

10 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya ixtisas fənnindən qəbul imtahanı keçirilib.

İnstitutun Təhsil şöbəsindən verilən məlumata görə, imtahanda “Neft kimyası” və “Üzvi kimya” ixtisası üzrə “Xarici dil” və “Fəlsəfə” imtahanlarını müvəffəqiyyətlə verərək, növbəti mərhələyə keçən 3 namizəd iştirak edib.

İmtahan komissiyasının sədri institutun baş direktoru, akademik Vaqif Fərzəliyev,  üzvləri – icraçı direktor, k.e.d., dosent Əfsun Sucayev, elmi katibi, k.ü.f.d. Mehparə Səfərova, “Yağlayıcı-soyuducu kompozisiyalar” laboratoriyasının müdiri, k.e.d.,professor Pərvin Məmmədova və aparıcı elmi işçisilər, k.ü.f.d. Elnarə Həsənova, k.üf.d. Vəli Kazımov, k.ü.f.d. Məlahət Abbasova olublar. 2 saat müddətində 5 sualı cavablandıran namizədlər  “Neft kimyası”  ixtisası üzrə  Niftəliyev Şahin Rövşən oğlu və Həsrətli Rəhman Əli oğlu 40 balla, “Üzvi kimya” ixtisası üzrə isə İsmayılov Akim İsmətullah oğlu 47.4 balla   qiymətləndiriliblər.

PAYLAŞ