Bakıda Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu keçirilib

59
Bakıda Dünya Azərbaycanlı Alimlər Dərnəyinin təşkilatçılığı ilə Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu keçirilib. Forumda 23 ölkədən 80-dən çox azərbaycanlı alim olmaqla ümumilikdə 200-ə yaxın elm xadimi iştirak edib.
Forum dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı alimləri bir araya gətirmək və onları yerli alimlərlə görüşdürmək, bilik və təcrübə mübadiləsi aparmaq və elm xadimlərinin şəbəkələşməsinə töhfə vermək məqsədilə təşkil olunub.
Forum çərçivəsində Azərbaycanda elm və ali təhsilin beynəlmiləlləşməsində alimlərin rolu və qlobal akademik şəbəkənin qurulması: yerli universitet və elmi tədqiqat institutlarının inkişafı üçün yeni yanaşmalar mövzuları üzrə plenar iclaslar keçirilib.
Sentyabrın 11-dək davam edən forumda iştirakçılar məruzələrlə çıxış edib, müxtəlif mövzular üzrə təşkil olunmuş sessiyalarda iştirak edib və Qarabağa səfər ediblər.
Qeyd edək ki, forum Diasporla İş üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə keçirilib.
PAYLAŞ